Hadisə yerinə bir neçə polis idarəsinin və Federal Təhqiqat Bürosunun əməkdaşları çağırılıb.
ABŞ-nin Miçiqan ştatının Vest Blumfild şəhərində avtomobil məktəbin də yerləşdiyi "Temple Israel" sinaqoquna çırpılıb. Nəticədə yanğın baş verib və silah səsləri eşidilib.
Qaziler.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Hazırda hadisə yerində ştat polisi və təxminən on bələdiyyənin bölmələri də daxil olmaqla bir neçə polis idarəsinin əməkdaşları var.
FTB direktoru Kaş Patel idarəsinin əməkdaşlarının sinaqoq binasına gəldiyini söyləyib.
O, binada "aktiv atıcı"nın fəaliyyət göstərdiyini qeyd etsə də, başqa heç bir detal açıqlamayıb.
Amerika mediası həmçinin sinaqoq binasının damından tüstü qalxdığını göstərən görüntülər yayımlayıb.
QAZİLER.AZ



