Dubayda İranın raket zərbələrini çəkən turist həbs edilib

Dubayda İranın raket zərbələrini çəkən turist həbs edilib backend

60 yaşlı Britaniyalı turist Dubayda İranın raket zərbələrini çəkdiyinə görə həbs edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Metro” nəşri “Detained in Dubai” insan haqları tşkilatına istinadən məlumat yayıb.  

Nəşr qeyd edib ki, turist günahkar bilinərsə, onu iki ilə qədər həbs cəzası və ya böyük bir cərimə gözləyir.

London sakini 9 mart bazar ertəsi günü həbs edilib və Bur-Dubaydakı polis bölməsinə aparılıb. İnsan haqları fəallarının sözlərinə görə, kişi raketlərin uçduğunu lentə alıb. Lakin onun görüntüləri sosial mediada paylaşıb-paylaşmadığı məlum deyil.

Turistə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib. Lakin BƏƏ qanunvericiliyi hərbi əməliyyatlarla bağlı istənilən nəşri cinayət əməli hesab edir.

Hazırda saxlanılan şəxsin ailəsinə insan haqları fəalı kömək edir. Təşkilatın direktoru Radha Stirling qeyd edib ki, turistlər çox vaxt yerli qanunların ciddiliyini az qiymətləndirir və nəticələrini dərk etmədən impulsiv hərəkət edirlər.

QAZİLER.AZ