Rusiya prezidentinin mühafizə xidmətində dəyişikliklər baş verib. Azvision.az Rusiya KİV-nə istinadən xəbər veririk, bundan sonra Prezidentin Təhlükəsizlik Xidmətinə Dmitri Koçnev rəhbərlik edəcək.
Məlumata əsasən o, bu postda Oleq Klimentyevi əvəz edəcək.Rusiya Federal Mühafizə Xidmətindən (FMX) olan mənbənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Koçnevin vəzifəyə təyin olunması ilə bağlı sərəncam imzalayıb, lakin bu hələ dərc olunmayıb. Xidmətin yeni rəhbəri haqqında rəsmi bioqrafiya nə Kremlin, nə də FMX-in rəsmi saytında yerləşdirilib.