İran ABŞ və İsraillə münaqişənin sona çatacağı tarixi açıqladı

İran ABŞ və İsraillə münaqişənin sona çatacağı tarixi açıqladı backend

İran Silahlı Qüvvələrinin Baş Komandanının köməkçisi və baş məsləhətçisi Rəhim Səfəvi İslam Respublikası, ABŞ və İsrail arasındakı münaqişənin 21 martda qeyd olunan Novruz bayramından əvvəl başa çata biləcəyi fikrini bildirib.

Qaziler.az bildirir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

"Mənim fikrim budur: ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər və əgər biz davamlı əməliyyatlar aparsaq, onu uzun müddət davam etdirə bilməyəcəklər", - Səfəvi bildirib.

QAZİLER.AZ