İran Trampı "şeytanın özü" adlandırıb

İran Trampı "şeytanın özü" adlandırıb backend

ABŞ prezidenti Donald Tramp "şeytanın özü"dür və bütün Ağ Ev liderləri arasında ən korrupsioner və axmağıdır.

Qaziler.az bildirir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi İran dövlət televiziyasına açıqlamasında bildirib.

Səfəvi Trampın "şeytanın özü" olduğunu qeyd edib və İranın İsraili məhv edəcəyinə söz verib.

"Tramp ən korrupsioner və axmaq Amerika prezidentidir. Yaxın Şərqdə İsrail və İran birlikdə yaşaya bilməz. İkisindən yalnız biri qalmalıdır. İran qalacaq və sionist rejim şübhəsiz ki, məhv ediləcək", - Yəhya Rəhim Səfəvi qeyd edib.

QAZİLER.AZ