Yaxın Şərqdə şiddətlənən münaqişə radikal elementlərin İrandan Orta Asiya ölkələrinə qaçmasına səbəb ola bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar bildirib. Lakin o, belə bir ssenarinin ehtimalının az olduğunu vurğulayıb.
“Mərkəzi Asiya regionu üçün belə təhlükə ola bilər ki, İranda genişmiqyaslı iğtişaşlar olarsa, sabitliyin pozulması baş verər və ekstremistlərin və terrorçuların Yaxın Şərqdən sızma riski yaranar. Lakin, xoşbəxtlikdən, İran hökumətinin gücü ilə və hakimiyyətdə qaldığı müddətcə Qazaxıstan və ya Orta Asiya üçün heç bir təhlükə olmayacaq”, - deyə Cövkar qeyd edib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.
QAZİLER.AZ



