Rusiyanın 150 nüvə işçisi İrandan təxliyə edilib

Rusiyanın 150 nüvə işçisi İrandan təxliyə edilib backend

“Rosatom”un rəhbəri Aleksey Lixaçov 12 mart gecəsi İrandan daha 150 "Rosatom" işçisinin gəldiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, sənaye tədbirində çıxış edərkən açıqlama verib.

Onun sözlərinə görə, rusiyalı mütəxəssisləri daşıyan təyyarə artıq Moskvaya eniş edib. Daha 450 mütəxəssis İran İslam Respublikasında "nisbi təhlükəsizlikdə" qalır.

Məlumatda qeyd olunub ki, bu, İrandakı “Buşər” Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislərin təxliyəsinin ikinci mərhələsidir.

QAZİLER.AZ