Rusiya hərbi təyyarəsi Türkiyə səmasında uçuş həyata keçirəcək

Rusiya hərbi təyyarəsi Türkiyə səmasında uçuş həyata keçirəcək backend

Rusiya hərbi təyyarəsi Türkiyə səmasında müşahidə uçuşu həyata keçirəcək. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Uçuşlar 14-18 dekabr tarixlərində baş tutacaq. Nazirliyin açıqlamasında bildirilir ki, "Açıq Hava Sahəsi Anlaşması" çərçivəsində Rusiya hərbi təyyarəsi Türkiyə üzərində müşahidə uçuşu gerçəkləşdirəcək.

Nazirliyin Beynəlxalq Nüvə Risk Azaltma Mərkəzinin başçısı Sergey Rıjkov "An-30B" tipli müşahidə təyyarəsinin uçuşunun Ankara ilə razılaşma əsasında baş tutacağını bildirib. Ərzurumdan qalxacaq təyyarənin uçuşunda türk hərbçilər də iştirak edəcək. Türkiyə tərəfi uçuş zamanı hansı cihazlardan istifadə edildiyinə və anlaşmaya əməl olunub-olunmadığına nəzarət edəcək. Uçuş məsafəsi maksimum 1500 km olacaq.

Sergey Rıjkov müşahidə uçuşunun məqsədini "anlaşmada iştirak edən ölkələr arasında hərbi sahədə qarşılıqlı şəffaflıq, şəffaflıq siyasətinin inkişafı və güvənin artırılması, güvənliyin sağlamlaşdırılması" olaraq dəyərləndirib.

Diaspora