Tehran regionda sülhə sadiqdir, lakin bunun üçün təzminat, ABŞ və İsraildən təcavüzkarlığa qarşı qəti zəmanət və İslam Respublikasının qanuni hüquqlarının tanınması tələb olunur.
Qaziler.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial media platformasında bildirib.
"Rusiya və Pakistan liderləri ilə danışıqlar zamanı İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim", - deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.
QAZİLER.AZ



