ABŞ-də 1700 transgenderin sürücülük vəsiqəsi ləğv edilib

ABŞ-də 1700 transgenderin sürücülük vəsiqəsi ləğv edilib backend

Kanzas hökuməti 1700 transgender şəxsin sürücülük vəsiqəsini ləğv edib və onlardan bioloji cinsiyyətlərini göstərən yeni vəsiqələr almağı tələb edib.

Qaziler.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

"Ötən ay təxminən 1700 Kanzas sakininin sürücülük vəsiqəsi ləğv edilib. Çoxsaylı yol hərəkəti qaydalarının pozulması cərimələrinə görə yox, transgender olduqlarına görə", - deyə hesabatda qeyd olunub.

Kanzas transgender insanların vəsiqələrində bioloji cinsiyyətlərini dəyişdirməsini qadağan edən beş ABŞ ştatından biridir. Dəyişiklik edilmiş vəsiqə sahiblərinə sənədlərinin etibarsız olduğu barədə bildiriş verilir. Düzgün cinsi göstərmək üçün onlar sənədi yeniləməli olacaqlar.

Noyabr ayında ABŞ Ali Məhkəməsi transgender insanların pasportlarındakı cinsiyyətlərini doğum zamanı təyin edilən cinsdən fərqli bir cinslə dəyişdirməsini qadağan edib. Məhkəmə qərar çıxardı ki, bioloji cinsin göstərilməsi, doğulduğu ölkəni və yerini göstərmək kimi tarixi faktın ifadəsidir. Qərardan əvvəl ABŞ vətəndaşları sənədlərində üç cinsdən birini göstərə bilərdilər. Bunlar kişi, qadın və ya neytral cins (X) idi.

QAZİLER.AZ