İran Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazından neft ixracını artırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti tanker izləmə şirkəti Kpler-in məlumatlarına istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, tankerlər son altı gündə orta hesabla gündə 2,1 milyon barel İran nefti yükləyiblər. Bu, fevral ayının göstəriciləri ilə müqayisədə 2 milyon barel çoxdur.
"İranın ixrac həcmləri həftədən həftəyə dəyişə bilər, lakin son artım göstərir ki, digər istehsalçılardan fərqli olaraq, onların tədarükü maneəsizdir və Çin Tehranın neftinə olan marağını itirməyib", - məqalədə qeyd olunub.
Bir neçə saat əvvəl “Associated Press” agentliyi İranın ABŞ, İsrail və ya onların müttəfiqləri üçün Hörmüz boğazından "hətta bir litr neftin" keçməsinin qarşısını almaqla hədələdiyini bildirib.
QAZİLER.AZ



