Macarıstanın Baş naziri Viktor Orban özü və ailəsinin ukraynalılardan təhdid aldığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə macar baş nazir “Facebook”da paylaşım edib.
"Ukraynalılar artıq ailəmi, uşaqlarımı və nəvələrimi təhdid edirlər. Hər şey qaydasındadır, amma bunun bir həddi var!" - Orban yazıb.
Martın 11-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Qriqori Omelçenko Orbana qarşı təhdid səsləndirib. O, iddia edib ki, UTX yalnız Orbanın harada yaşadığını deyil, həm də harada yatdığını, gəzdiyini, pivə və şərab içdiyini və kiminlə görüşdüyünü bilir. Omelçenko macar siyasətçisini beş uşağı və altı nəvəsi haqqında düşünməyə çağırıb. O, təhdidlərinin Orbanın iddia edilən Ukrayna əleyhinə mövqeyi ilə əlaqəli olduğunu izah edib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş nazirini təhdid etmişdi.
QAZİLER.AZ



