Fransa Livandakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavr Parisin region üçün fəlakətli təhlükə yarada biləcək genişmiqyaslı münaqişəyə qarışmasının qarşısını almağa sadiq olduğunu vurğulayıb.
“Fransa, ölkənin istəmədiyi müharibəyə sürüklənməsinin qarşısını almaq üçün Livanı xüsusilə izləyir. Bu baxımdan, Fransa bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib”, -Konfavr brifinqdə bildirib.
Parisin diplomatik səyləri eskalasiya risklərini tez bir zamanda aradan qaldırmaq və Livanın suverenliyini qorumaq üçün beynəlxalq ictimaiyyəti səfərbər etməyə yönəlib. Fransanın təşəbbüsü artıq Təhlükəsizlik Şurasının Avropa üzvləri, eləcə də Bəhreyn və Konqo Demokratik Respublikası tərəfindən dəstək alıb.
QAZİLER.AZ



