Kiyev “Drujba” neft kəmərini yoxlamaq üçün Ukraynaya gələn Macarıstan komissiyası ilə əlaqə saxlamağı planlaşdırmır.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Bundestaqın sədri Yuliya Klöknerlə görüşdən əvvəl bildirib. O, qrupun məqsədlərindən xəbərsiz olduğunu bildirib.
“Macarıstan nümayəndə heyətinin burada nə ilə məşğul olduğunu bilmirəm. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəzi insanların gəldiyini söylədi", - deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Zelenski bunun şəxsi səfər olduğunu vurğulayıb, Ukrayna tərəfi ilə heç bir rəsmi görüş planlaşdırılmayıb. Prezident həmçinin Avropa İttifaqına “Drujba” neft kəmərinin bərpa tarixini deyəcəyinə söz verdiyini açıqlayıb.
QAZİLER.AZ



