İspaniya hökuməti krallığın Xarici İşlər Nazirliyinin verdiyi fərmana əsasən, ölkənin İsraildəki səfiri Ana Mariya Salomon Peresi geri çağırıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, məlumat 11 mart tarixində İspaniya Rəsmi Dövlət Qəzetində (BOE) dərc edilib,
"Xidmətlərinə görə təşəkkür edərək, dona Ana María Salomon Perezin İspaniyanın İsrail Dövlətindəki səfiri vəzifəsindən azad edilməsini fərman verirəm", - fərmanda deyilir.
Sənədə əsasən, qərar İspaniya xarici işlər naziri Xose Manuel Albarezin təklifi ilə 10 martda Nazirlər Şurasının iclasında müzakirələrdən sonra qəbul edilib. Sənədi İspaniya Kralı VI Felipe və xarici işlər naziri Xose Manuel Albarez imzalayıblar.
QAZİLER.AZ



