Tramp İranı hədələdi: Hörmüzü minalamağın bədəli ağır olacaq

Tramp İranı hədələdi: Hörmüzü minalamağın bədəli ağır olacaq backend

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib ki, əgər ölkəsi Hörmüz boğazında minalar yerləşdiribsə, dərhal onları çıxarmalıdır; əks halda, misli görünməmiş cavab tədbiri görüləcək.

 

AzVision.az xəbər verir ki, Tramp bu açıqlamanı Truth Social platformasında yazıb.

 

Prezident Tramp bildirib ki, ABŞ Hörmüz boğazını minalamaq üçün göndərilən gəmilərin hamısı narkotiklə mübarizə əməliyyatlarında istifadə olunan texnologiya və raket sistemləri ilə zərərsizləşdiriləcək.

 

Bir neçə dəqiqə sonra Tramp əlavə post paylaşaraq son bir neçə saat ərzində gözləmə mövqeyində olan 10 mina gəmisinin məhv edildiyini və ABŞ-ın bu əməliyyatları davam etdirəcəyini açıqlayıb.