ABŞ-də naməlum silahlı şəxs sinaqoqun yaxınlığında insanlara atəş açıb - VİDEO

ABŞ-də naməlum silahlı şəxs sinaqoqun yaxınlığında insanlara atəş açıb - VİDEO backend

ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki sinaqoqun qarşısında baş verən atışma nəticəsində bir polis məmuru və şübhəli yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə CBS NEWS martın 10-da məlumat yayıb.

"Hadisə Baltimordakı "Aqudat İsrael" sinaqoqunun yaxınlığında, Park Heights prospektinin 6200-cü məhəlləsində, saat 12:30 radələrində  baş verib", - məlumatda deyilir.

Xəsarət alan polisin şok travma şöbəsinə aparıldığı bildirilir. Baltimor Polisinin həmkarlar ittifaqından polis əməkdaşının vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Şübhəlinin vəziyyəti barədə məlumat verilməyib.

QAZİLER.AZ