Finlandiya Prezidenti Aleksandr Stubb böyük böhranın qarşısını almaq üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır.
Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, bu müraciəti dövlət başçısına Helsinki Universitetinin professoru Tuomas Malinen sosial media platforması X-də edib.
O, hesab edir ki, Finlandiya lideri Moskva ilə Helsinki arasında münasibətləri normallaşdırmaq üçün dərhal Rusiya tərəfi ilə əlaqə saxlamalıdır. "Neft və enerji böhranları böyük olacaq. Bizə indi Rusiya lazımdır!", - deyə ekspert vurğulayıb.
Fevral ayında Stubb Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişədə artıq strateji cəhətdən uduzduğunu bildirib. Finlandiya liderinin sözlərinə görə, son illərdə Rusiya "Ukrayna ərazisinin yalnız kiçik bir hissəsini" işğal edə bilib.
QAZİLER.AZ



