İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı təhdidlərini boş saydı

İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı təhdidlərini boş saydı backend

Hörmüz boğazı bağlanacağı təqdirdə İran ABŞ-nin güclü zərbələri ilə bağlı təhdidləri boş hesab edir.

Qaziler.az xəbər verir ki, RİA “Novosti”nin məlumatına görə, bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.

"Qəhrəman İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Daha böyük insanlar İran millətini silməkdə uğursuz olublar", - Laricani deyib.

Martın 9-da ABŞ prezidenti “TruthSocial” sosial media platformasında bildirib ki, əgər İran Hörmüz boğazından neft tədarükünü dayandıracaq tədbir görərsə, ABŞ əvvəlkindən iyirmi dəfə daha güclü zərbə endirəcək. O əlavə edib ki, bu cür zərbələrdən sonra İranın bir millət kimi bərpası faktiki olaraq qeyri-mümkün olacaq.

QAZİLER.AZ