Britaniya Aralıq dənizinə ikinci hərbi gəmi göndərəcək

Britaniya Aralıq dənizinə ikinci hərbi gəmi göndərəcək backend

Böyük Britaniya Kiprdəki “Akrotiri” Kral Hərbi Hava Qüvvələri bazasına pilotsuz təyyarə ilə hücumdan sonra Aralıq dənizinə daha bir hərbi gəmi göndərməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, “Sky News”un məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunur ki, RFA “Lyme Bey” gəmisi Şərqi Aralıq dənizində dəniz missiyalarına kömək etmək tələb olunarsa, ehtiyat tədbiri olaraq yüksək hazırlıq vəziyyətinə gətiriləcək.

“Lyme Bey” hazırda Cəbəllütariqdə yerləşir.

Martın 2-də Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiprdəki Britaniya Hərbi Hava Qüvvələri bazasına pilotsuz təyyarələrin hücum etdiyini açıqlayıb. Bu, ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda baş verib. Nazirin sözlərinə görə, ehtiyat tədbiri olaraq bazada yaşayan ailələr yaxınlıqdakı alternativ yaşayış yerlərinə köçürülüblər.

QAZİLER.AZ