Martın 10-da Kazanda yeni mütləq minimum temperatur qeydə alınıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Tatarıstan Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Kazan-Sokol aviasiya hava stansiyasında temperatur mənfi 30,5 dərəcə Selsiyə düşüb.
Sözügedən rekord göstərici bundan öncə 118 il əvvəl qeydə alınıb. 1908-ci ildə “Kazan-Universitet” hava stansiyasında qeydə alınan temperatur 27,3 dərəcə olub. Beləliklə, hazırkı şaxtalar 20-ci əsrin əvvəllərində qeydə alınan rekordu 3,2 dərəcə Selsi ilə üstələyib.
Qeyd edək ki, temperaturun kəskin düşməsi ölkədə qısa müddətli isti yaz havasından sonra baş verib. Martın əvvəlində Tatarıstanda qeyri-adi isti hava şəraiti yaşanıb, temperatur normadan 3-5 dərəcə yüksək olub, lakin sonra kəskin kontrast baş verib.
QAZİLER.AZ



