İran alman hərbi düşərgəsinə raket atıb

İran alman hərbi düşərgəsinə raket atıb backend

İordaniyadakı “Əl-Əzraq” Hava Bazasındakı alman hərbi düşərgəsi daha bir raket zərbəsinə məruz qalıb.

Qaziler.az xəbər verir ki, bu haqda “Der Spiegel” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, hücumu İran 9 mart gecəsi həyata keçirib.

“Ballistik raketlər ABŞ qüvvələrinin də yerləşdiyi çoxmillətli bazanın Almaniya sektoruna dəyib. Zərbə birbaşa Bundesver kontingentinin yerləşdiyi binaya düşüb. Hərbçilərdən heç biri xəsarət almayıb; hamısı sığınacaqlarda olub”, - mənbənin yazdığı məlumatda qeyd olunub.

QAZİLER.AZ