İsveçrə sakinləri referendumda nikah vergisinin ləğvinə səs veriblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Bu qanuna görə, bərabər gəlirləri olan həyat yoldaşları, birinin digərindən xeyli çox qazandığı cütlüklərə nisbətən dövlətə daha çox pul ödəyirlər.
Agentliyin qeyd etdiyi kimi, hökumət bu məsələ ilə bağlı sənəd verdikdən sonra 670.000 ailə üçün vergi yükü azaldılacaq. Belə ki, islahat mərhələli şəkildə həyata keçiriləcək və nəhayət, 2032-ci ildə qüvvəyə minəcək.
QAZİLER.AZ



