“Neon”, “Elite” və “Genesis Alpha” da daxil olmaqla, gəmilərdən ibarət karvan Hörmüz boğazına doğru gedir. Bir sıra toplu yükdaşıyan gəmilər də yoldadır.
Qaziler.az xəbər verir ki, bu barədə “Marinetraffic” portalı məlumat yayıb.
Portalın yazdığına görə, gəmilər 9,5-10 uzel sürətlə hərəkət edir. Onların tezliklə su yoluna çatması ehtimalı var.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmiçiliyi dayandırmağa cəhd edəcəyi təqdirdə sərt cavab verəcəyi ilə hədələyib. Amerika lideri vurğulayıb ki, Vaşinqton qlobal neft tədarükünün pozulmasına yol verməyəcək.
Cavab olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın boğazda gəmiçiliyə mane olmadığını bildirib. Bu arada, İİKK bir şərt irəli sürüb. Belə ki, İsrail və ABŞ səfirlərini ölkədən qovan istənilən Körfəz və ya Avropa dövləti Hörmüz boğazından keçə biləcəklər.
QAZİLER.AZ



