ABŞ İranın qonşularını və dünyanı raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O qeyd edib ki, ABŞ-ın davam edən hava hücumlarının məqsədi İranın ballistik raket ehtiyatını, onları istehsal etmək və atmaq qabiliyyətini məhv etməkdir.
Rubio ABŞ-nin böyük güc və dəqiqliklə irəlilədiyini əlavə edib.



