İran ABŞ-nin danışıqlardan imtina etdiyini açıqladı

İran ABŞ-nin danışıqlardan imtina etdiyini açıqladı backend

Cenevrədə keçirilən son danışıqlar ABŞ-nin mövqeyində qəfil dəyişikliklə nəticələndi.

Qaziler.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bunu “France24”ə verdiyi müsahibədə bildirib.

Diplomat Vaşinqtonun münaqişəni diplomatik yolla həll etmək fürsətini əldən verdiyinə əminliyini ifadə edib.

Təxt-Rəvançinin sözlərinə görə, Tehran dialoqu vicdanla aparıb və qənaətbəxş nəticə əldə etmək üçün bütün səylərini göstərib və ötən cümə axşamı Cenevrədə keçirilən danışıqların son mərhələsi uğurlu olub.

“Amerikalılardan niyə fikirlərini dəyişdiklərini, niyə güc tətbiq etdiklərini soruşmalıyıq", - deyə İran XİN-in müavini bildirib.

Qeyd edək ki, ABŞ İran hökuməti məğlubiyyətini etiraf edənə qədər Tehranla heç bir razılaşma olmayacağını bildirib. Buna cavab olaraq İran diplomatları ölkənin təslim olmayacağını və müqavimətini davam etdirməyə hazır olduğunu bildiriblər.

QAZİLER.AZ