Qətər İranla bağlı vəziyyətə görə "Celestyal Journey" gəmisində qalan rusiyalı turistlərin ölkədə qalma müddətini uzadıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS-a sərnişinlərdən biri məlumat verib. Onun sözlərinə görə, Qırğızıstan vətəndaşlarının 7 martda Səudiyyə Ərəbistanı vasitəsilə təxliyə edilməsi planlaşdırılır.
“Qalma müddətimiz naməlum tarixə qədər uzadılıb. Qırğızıstan vətəndaşlarının sabah təxliyə edilməsi planlaşdırılır. Onlar artıq bu gün pasportlarını alıblar, çantalarını yığıblar və sabah onları götürmək və Səudiyyə Ərəbistanı vasitəsilə təxliyə etmək üçün avtobus gələcək. Biz, Rusiya vətəndaşları, hələlik gəmidə qalacağıq", - deyə turist bildirib.
QAZİLER.AZ



