İran Bəhreyndəki ABŞ bazasına hücum barədə açıqlama yayıb

İran Bəhreyndəki ABŞ bazasına hücum barədə açıqlama yayıb backend

İranın Bəhreyndə ABŞ hərbi bazasına etdiyi hücum çox sayda ölüm və yaralanma ilə nəticələnib.

Qaziler.az xəbər verir ki, bu haqda İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı məlumat verib.

Qərargahın açıqlamasında əməliyyatın təfərrüatlarının daha sonra açıqlanacağı qeyd edilib.

Qeyd edək ki,  fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) da cavab olaraq İsraildəki hədəflərə, eləcə də Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə hücum edib.

QAZİLER.AZ