Dubayda qızılın qiyməti kəskin düşüb

Dubayda qızılın qiyməti kəskin düşüb backend

İrana qarşı hərbi əməliyyat səbəbindən ixracı çətin olan qızıl Dubayda böyük endirimlərlə satılır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məlumatda qeyd edilib ki, münaqişə tez-tez uçuşların ləğvinə səbəb olur və bu da qiymətli metalın daşınmasını çətinləşdirir.

Bir çox alıcı çatdırılma və sığorta xərclərini ödəmək istəmədikləri üçün yeni sifarişləri təxirə salmağı seçib. Nəticədə, treyderlər qızılı bir unsiyası üçün 30 dollara qədər endirimlə təklif etməyə başlayıblar.

QAZİLER.AZ