Məhdudiyyətlər bütün təyyarələrə şamil edilməyəcək.
Polşa 10 martdan etibarən ölkənin Ukrayna və Belarusla həmsərhəd olan şərq bölgələrində hava nəqliyyatına məhdudiyyətlər tətbiq edəcək.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Polşa Hava Naviqasiya Agentliyinə istinadən məlumat yayıb.
EP R130 zonası şəklində məhdudiyyətlər 9 iyun 2026-cı ilə qədər qüvvədə qalacaq.
Zona yer səviyyəsindən təxminən 3 kilometr hündürlüyə qədər hava məkanını əhatə edir.
QAZİLER.AZ



