Dubayda qida cəmi 10 günə çatar: Müharibə ərzaq qıtlığı yarada bilər

Dubayda qida cəmi 10 günə çatar: Müharibə ərzaq qıtlığı yarada bilər backend

Hərbi əməliyyatlar səbəbindən ərzaq məhsullarının hava yolu ilə daşınması mümkün deyil və alternativi yoxdur.

Yaxın Şərqdəki döyüşlər bölgədə ərzaq çatışmazlığına səbəb ola bilər. Məsələn, Dubayda cəmi 10 günlük təzə qida məhsulu qalıb.

Qaziler.az bildirir ki, bu barədə "Financial Times" və "Bloomberg"ə istinadən məlumat yayıb.

Beynəlxalq logistika şirkəti "Kuehne + Nagel"in baş direktoru Stefan Paul, Fars körfəzi bölgəsində hava məkanına qoyulan məhdudiyyətlər səbəbindən qlobal hava yük daşıma tutumunun təxminən 18%-nin hazırda əlçatan olmadığını təxmin edir.

Hava yolu ilə daşınan mallara temperatur nəzarəti altında olan dərman preparatları, təzə meyvələr və tez xarab olan qidalar daxildir.

Polun sözlərinə görə, Dubayda təxminən on günlük təzə qida ehtiyatı qalıb.

QAZİLER.AZ