Tramp bildirib ki, razılaşma yalnız İranın təslim olması halında mümkündür.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında razılaşma yalnız İranın tam təslim olması ilə mümkündür.
Qaziler.az lenta.ru istinadən bildirir ki, o, bunu "TruthSocial" sosial media platformasında yazıb.
"İranla qeyd-şərtsiz təslim olmaqdan başqa heç bir razılaşma olmayacaq. Daha sonra İranı məhv olmaq həddinin astanasından qaytarmaq və iqtisadi cəhətdən əvvəlkindən daha güclü etmək üçün müttəfiqlərimizlə yorulmadan çalışacağıq", - deyə Amerika lideri qeyd edib.
Bundan əlavə, paylaşımda Tramp MAGA (Amerikanı yenidən böyük edək) siyasi şüarının dəyişdirilmiş versiyasından istifadə edərək MIGA (İranı yenidən böyük edək) yazıb.
QAZİLER.AZ



