İranın məruz qaldığı hücumlardan sonra özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC News-a verdiyi müsahibədə bildirib.
"Çoxları deyir ki, bitdi. Amma mənim üçün bitməyib. İstədiyim vaxt bitəcək. Biz istəmirik ki, onlar bizim təsdiqimiz olmadan ali rəhbər vəzifəsinə kimisə təyin etsinlər.
İstəmirik ki, 10 il sonra hansısa ABŞ prezidenti bu problemlə üzləşsin və nə edəcəyini bilməsin", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edir. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli rəsmiləri həlak olub.



