Müğənni Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə TMZ xəbər verir
Hadisə 4 mart axşamı baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılıb. Saat 3:00-da onun həbsi Ventura Şəhər Şerif Departamenti tərəfindən həyata keçirilib və saat 6:00-da Spirs sərbəst buraxılıb.
Daha sonra o, qanında alkoqol səviyyəsini təyin etmək üçün xəstəxanaya gedib.
QAZİLER.AZ



