Tramp NATO ölkələri arasında uğursuz ölkənin adını çəkdi

Tramp NATO ölkələri arasında uğursuz ölkənin adını çəkdi backend

ABŞ prezidenti Donald Tramp İspaniyanı uğursuz və NATO-ya münasibətdə "düşmən" ölkə adlandırdı.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru yazıb.

"Bizim çoxlu qalibimiz var, amma İspaniya uğursuzdur və Britaniya böyük məyusluqdur", - Amerika lideri qeyd edib.

Trampın tənqidi İspaniyanın, onun sözlərinə görə, "NATO-ya çox düşmən münasibəti" və alyansın ÜDM-nin beş faizinin müdafiəyə ayrılmasına qarşı səs verən yeganə ölkə olmasından irəli gəlir.

Daha əvvəl bildirilmişdi ki, Tramp şəxsi söhbətində Britaniya Baş naziri Ker Starmeri siyasi gələcəyi olmayan uğursuz adlandırıb.

QAZİLER.AZ