Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub backend

Rusiya və Ukrayna "200-ə 200" formatında əsir mübadiləsi aparıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

"Hazırda Rusiya hərbçiləri Belarus Respublikasındadır və orada lazımi psixoloji və tibbi yardım alırlar", - bəyanatda qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-nin mübadilədə vasitəçi kimi çıxış etdiyini vurğulayıb.

Qeyd edək ki, əvvəlki mübadilə fevralın əvvəlində "157-yə 157" formatında baş tutub və bu müddət ərzində Kursk bölgəsindən üç mülki şəxs də Moskvaya qaytarılıb.

QAZİLER.AZ