İranın İsrail MN-ə endirdiyi zərbədən sonrakı görüntülər - VİDEO

İranın İsrail MN-ə endirdiyi zərbədən sonrakı görüntülər - VİDEO backend

5 mart gecəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail Müdafiə Nazirliyinə və “Ben Qurion” Hava Limanına zərbə endirdiyini elan edib.

Qaziler.az xəbər verir ki, ISNA xəbər agentliyi dağıntıların görüntülərini yayımlayıb.  

Görüntülərdə zərbə yerində baş verən böyük yanğın, dağıdılmış binalar və dağıntılar altında qalan bir neçə yanmış nəqliyyat vasitəsi göstərilib.  

Bir neçə saatdan sonra məlum olub ki, İİKK Təl-Əvivdəki hədəflərə, Ben-Qurion hava limanına və İsrail Hərbi Hava Qüvvələrinin Ben-Qurion hava limanındakı 27-ci eskadrilya bazasına "Xorrəmşəhr 4" ilə ağır raketləri endirib.

QAZİLER.AZ