Rusiya aviaşirkətlərinə bir neçə Yaxın Şərq ölkəsinə bilet satışını dayandırmaq tövsiyəsi 14 mart tarixinə qədər uzadılıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat verib.
Qeyd olunub ki, bu, mövcud beynəlxalq vəziyyət fonunda sərnişinlərin təhlükəsizliyi ilə bağlıdır.
Rosaviasiya Rusiya aviaşirkətlərinə Yaxın Şərq ölkələrinə (Rusiyadan Bəhreynə, İsrailə, İrana, İraqa, Qətərə və BƏƏ-yə) bilet satışını 14 mart tarixinə qədər dayandırmaq tövsiyəsinin müddətini uzadıb”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



