İranı zəiflətmək cəhdləri ABŞ-nin özü üçün mənfi nəticələrə səbəb olacaq.
Qaziler.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeniy Minçenko “NEWS.ru”ya açıqlamasında bildirib. O, buna sübut kimi Bayden administrasiyası və Avropa İttifaqının Rusiya ilə bağlı oxşar planlarının uğursuzluğunu göstərib.
“Vahid Qərb anlayışının olmadığını anlamaq lazımdır. Hesab edirəm ki, Bayden administrasiyası və Avropa İttifaqının Ukraynada Rusiya üçün əldə etmək istədiyi təsir - daha doğrusu, yavaş və uzunmüddətli qantökmə - amerikalılar üçün yüksək risk şəklində mövcuddur. Onlar İrandakı hərbi əməliyyatlar nəticəsində eyni şeyi yaşaya bilərlər”, - Minçenko bildirib.
QAZİLER.AZ



