İki günlük ölkə miqyasında keçirilən əməliyyat zamanı Polşa Daxili İşlər Nazirliyi axtarışda olan 147 əcnəbini saxlayıb, onlardan 91-i Ukrayna vətəndaşı olub.
Qaziler.az xəbər verir ki, bu barədə "Рolskie Radio" məlumat dərc edib.
Qeyd olunub ki, genişmiqyaslı reyd 2 və 3 mart tarixlərində keçirilib.
“Məqsədlərdən biri əcnəbilərin ölkəmizdə qalmasının qanuniliyini yoxlamaq olub”, - bəyanatda deyilib.
Əməliyyatdan sonra 112 saxlanılan şəxs Polşadan deportasiya olunmaq üçün göndərilib. Lakin nazirlik onların arasında neçə ukraynalının olduğunu dəqiqləşdirməyib.
QAZİLER.AZ



