Xilasedicilər ABŞ qüvvələri tərəfindən Şri-Lanka sahillərində batırılan İran freqatı “IRIS Dena”dan 87 nəfər heyət üzvünün cəsədini çıxarıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “ADA Derana” portalı məlumat yayıb.
Portalın məlumatına görə, sağ qalan 32 dənizçi xəstəxanaya aparılıb, onlardan biri reanimasiyadadır.
Portala görə, Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti sudan 87 cəsəd çıxarıb. Sağ qalan 32 heyət üzvü yerli xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiyadadır. İran hakimiyyət orqanlarının məlumatına görə, freqatın göyərtəsində təxminən 130 dənizçi olub.
QAZİLER.AZ



