İran ordusunun Baş Qərargahı: Türkiyəyə raket atılmayıb

İran ordusunun Baş Qərargahı:  Türkiyəyə raket atılmayıb backend

Türkiyə torpaqlarına doğru raket atılmayıb.

APA “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

“İran Ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün İrana məxsus ballistik raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.