Səudiyyə Ərəbistanında ilk dəfə qadın deputat seçilib

Səudiyyə Ərəbistanında ilk dəfə qadın deputat seçilib backend

Səudiyyə Ərəbistanı Krallığında bələdiyyə seçkilərində ilk dəfə qadın deputat seçilib.

Salma bint Hizab al-Oteibi şənbə günü keçirilən seçkilərdə Məkkə vilayətindən qalib olub, seçki komissiyası bildirib. O, 7 kişi və 2 qadına qarşı mübarizə aparıb. Onun seçilməsi Səudiyyə Ərəbistanında qadınların seçkilərdə iştirakına qoyulan qadağanın götürülməsindən sonra mümkün olub. Bununla yanaşı, Krallıqda hələ də qadınların avtomobil sürmək kimi bir sıra hüquqlarına qadağa var.

Qeyd edək ki, seçkilərdə 978 qadın namizədliyini verib, kişilərin sayı isə 6 minə yaxın olub. Rəsmilər deyir ki, səsvermədə 1.35 milyon kişi ilə yanaşı 130 min qadın iştirak edib.
Diaspora