İranla bağlı təcili iclas keçiriləcək

İranla bağlı təcili iclas keçiriləcək backend

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Avropa İttifaqının xarici işlər nazirləri təcili onlayn görüş keçirəcəklər.

Bu barədə şura məlumat yayıb.

Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas iştirak edəcək. Danışıqların əsas mövzuları İranın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı təcavüzünün nəticələri, regionda baş verən ciddi hadisələr və onların bütün dünyaya mənfi təsiri olacaq.

Şuranın baş katibi Casim Məhəmməd əl-Budeyvinin sözlərinə görə, qurumun məqsədi beynəlxalq ictimaiyyəti müharibəyə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə təşviq etməkdir.

Report.az