İspaniya Ağ Evin iddialarını təkzib etdi

İspaniya Ağ Evin iddialarını təkzib etdi backend

İspaniya xarici işlər naziri Xose Manuel Albarez Ağ Evin Madridin ABŞ ilə hərbi əməkdaşlığa razılıq verdiyi barədə iddialarını təkzib edib.

Qaziler.az-ın məlumatına görə, o, bunu “Cadena SER” radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Mən bunu qəti şəkildə təkzib edirəm. İspaniyanın Yaxın Şərqdəki müharibə və İranın bombalanması, eləcə də bazalarımızdan istifadə ilə bağlı mövqeyi dəyişməyib", - deyə İspaniya xarici işlər naziri bildirib.

Ağ Evin sözçüsü Karolin Levitt daha əvvəl ABŞ prezidenti Donald Trampın İspaniya ilə ticarət əlaqələrinin kəsilməsi ilə bağlı açıqlamalarından sonra Madridin İrana qarşı ABŞ ordusu ilə əməkdaşlıq etməyə razılıq verdiyini bildirmişdi.

QAZİLER.AZ