İspaniya Trampın təhdidlərini rədd etdi

İspaniya Trampın təhdidlərini  rədd etdi backend

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Madrid ABŞ-nin hədələrinə baxmayaraq, sülhə zərərli olan hərəkətlərdə iştirak etməyəcək.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

"Biz sadəcə qisas qorxusundan sülhə zərərli, dəyərlərimizə və maraqlarımıza zidd olan heç bir şeyə ortaq olmayacağıq”, - Sançes deyib.  

Baş nazirin sözlərinə görə, hökumətin vəzifəsi ölkəni münaqişələrə sürükləmək deyil, vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdır. Sançes qeyd edib ki, bu cür iştirak qiymətlərin artmasına, iqtisadi qeyri-sabitliyə və təhlükəsizlik təhdidlərinə səbəb olur.

İspaniya Baş naziri bildirib ki, ölkə atəşkəs rejimini və münaqişənin diplomatik yolla həllini davam etdirmək niyyətindədir. Bundan əlavə, Madrid sülhü və beynəlxalq hüquqa hörməti dəstəkləyən Avropa tərəfdaşları və regional dövlətlərlə əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İspaniya ilə ticarət müqavilələrinin mümkün ləğvi barədə xəbərdarlıq edib. Bu təhdid İspaniya hökumətinin ABŞ-nin İrandakı əməliyyatını dəstəkləmək üçün Rota və Morondakı hərbi bazalardan istifadəsinə icazə verməməsindən sonra edilib.

QAZİLER.AZ