Tramp ona dəstək olmayan İspaniyanı hədələdi: "Bütün əlaqələri kəsirik"

Tramp ona dəstək olmayan İspaniyanı hədələdi:  "Bütün əlaqələri kəsirik" backend

ABŞ hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etdiyi üçün İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Almaniya kansleri Fridrix Merts ilə görüşündə açıqlayıb.

Amerika liderinin sözlərinə görə, İspaniyanın "əla insanları var, amma onların əla liderliyi yoxdur".

"Bildiyiniz kimi, onlar NATO-da [hərbi xərcləri] 5%-ə qaldırmaqdan imtina edən yeganə ölkə oldular. Düşünmürəm ki, onlar hər hansı bir artıma razılaşacaqlar", - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, Madrid "hər şeyi 2% səviyyəsində saxlamaq istəyirdi" və o bu 2%-i də ödəmir. Buna görə də ABŞ İspaniya ilə bütün ticarəti kəsəcək", - deyə siyasətçi qeyd edib.

"Biz İspaniya ilə heç bir əlaqələrimizin olmasını istəmirik", - deyə o əlavə edib.

QAZİLER.AZ