İspaniya ABŞ prezidenti Donald Trampa İrana hücum etmək üçün hərbi bazalarından istifadə etməyi qadağan edib və ABŞ Hərbi Hava Qüvvələrinin tankerlərini ölkədən çıxarıb.
Qaziler.az xəbər verir ki, bu barədə “El Pais” yazır.
Nəşr qeyd edib ki, Madrid ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina edib. İspaniya həmçinin Tehranın Fars körfəzi ölkələrinə və Kiprə hücumlarına cavab olaraq "mütənasib hücum hərəkətləri" etməyə hazır olduqlarını bildirən Fransa, Almaniya və Böyük Britaniyanın mövqeyindən uzaqlaşıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarezin sözlərinə görə, Avropanın səsi gərginliyin azaldılmasına və danışıqlara qayıtmağa yönəlmiş tarazlıq və mülayimlik olmalıdır.
QAZİLER.AZ



