Rusiya Avropa bazarlarına qaz tədarükünü bir ay ərzində deyil, dərhal dayandıra bilər.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin “Vesti” xəbər xidmətinin jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.
Rusiya dövlət başçısı qeyd edib ki, AB mayeləşdirilmiş qaz da daxil olmaqla, Rusiya qazının alınmasına məhdudiyyətlər qoymağı planlaşdırır. “Və indi isə digər bazarlar açılır”, - Putin əlavə edib.
"Bəlkə də bizim üçün Avropa bazarına tədarükü dərhal dayandırmaq daha sərfəli olardı. Açılan bazarlara daxil olmaq və orada möhkəmlənmək üçün", - deyə Rusiya lideri bildirib.
O, həmçinin Rusiya hökumətinə perspektivli ticarət platformalarına qaz ixracı məsələsini araşdırmaq üçün Rusiya şirkətləri ilə işləməyi tapşıracağını vəd edib. Putin vurğulayıb ki, bunun arxasında heç bir siyasi səbəb yoxdur.
QAZİLER.AZ



