ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə İrana qarşı tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzadıb.
Qaziler.az xəbər verir ki, bu barədə bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilib.
Məhdudiyyətlər, digər məsələlərlə yanaşı, ABŞ şirkətlərinin İranın neft və qaz sektorunda fəaliyyət göstərməsini qadağan edir. Əvvəllər bu sanksiyalar terrorizmə qarşı mübarizə bəhanəsi ilə tətbiq olunurdu və Vaşinqtonvbunu Tehrana aid edirdi.
Bildirişdə qeyd olunur ki, İran hökumətinin hərəkətləri və siyasəti, o cümlədən raket və adi silahların hazırlanması, aqressiv regional kampaniya, terrorçu qruplara dəstək və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) düşmənçilik fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə yaratmağa davam edir. Buna görə də, İrana qarşı elan edilmiş "milli fövqəladə vəziyyət" 15 mart 2026-cı ildən sonra da qüvvədə qalacaq.
QAZİLER.AZ



